Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

UPK idmançıları ilk medallarını qazandı

15 Yan 2018
15 Noyabr 2014-cü il tarixində Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının “Maneəsiz Həyat” layihəsi çərçivəsində Milli Paralimpiya Komitəsinin dəstəyi ilə Pauerlifting üzrə II açıq respublika çempionatı keçirilmişdir. Bu çempionata ilk dəfə olaraq qatılan Uşaq Paralimpiya Komitəsinin idmançıları öz güclərini 40 kq çəkidə sınamışdılar. 13 yaşlı idmançımız Əli Abdullayev 2-ci yerin sahibi və Gəncə şəhərindən gələn 14 yaşlı Vüqar Kərimov isə Azərbaycan çempionu adına laiq görülmüşdülər. Qaliblər kubok, medal və diplomla təltif olunmuşlar