Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Natiq Qasımov cənab Colin Higgslə görüşmüşdür

04 Jan 2018
04 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) birinci vitse prezidenti , Uşaq Paralimpiya Komitəsininn İdarə heyətinin sədri Natiq Qasımov AMPK-nin ofisində Kanadanın İdman Elmləri üzrə Fəxri professoru, UNİCEF-in beynəlxalq eksperti cənab Colin Higgslə görüşmüşdür. Görüş zamanı N.Qasımov ölkəmizdə Paralimpiya hərəkatınn inkişafı, bu sahəyə olan dövlət qayğısı və qarşıda duran vəzifələr haqqında qonağa geniş məlumat vermişdir. C.Higgis Dünyada ilk dəfə olaraq Azərbaycanda MPK-nin nəzdində Uşaq Paralimpiya Komitəsinin (UPK) yaradılmasını yüksək qiymətləndirərək qeyd etmişdir ki, UPK-nin yaradılması Azərbaycanda Paralimpiya hərəkatının sürətli inkişafına təkan verəcəkdir. Sonra UPK-nin icra mexaniziminin hazırlanması və ölkədə uşaq paralimpiya hərəkatının genişləndirilməsi üçün lazımı hüquqi sənədlərin hazırlanması sahəsində fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, C.Higgis UNİCEF-in təşəbbüsü ilə Uşaq Paralimpiya hərəkatının genişləndirilməsinə dəstək vermək üçün 5 gün müddətinə ölkəmizə ezam edilmişdir. Görüşdə UNİCEF-in layihə rəhbəri Natiq Umarov və ARMPK-nin şöbə müdiri, UPK-nin icraçı direktoru Kamal Məmmədov iştirak etmişlər