Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

İlqar Rəhimovun Rəşad Mustafa ilə görüşü

09 Yan 2018
ARMPK və UNİCEF arasında Uşaq Paralimpiya Hərəkatının inkişafı sahəsində müzakirələr aparılmışdır. Fevralın 27-də Respublikamızda Uşaq Paralimpiya Hərəkatının inkişafı üçün 2014-cü il ərzində görüləcək işləri müzakirə etmək məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) prezidenti İlqar Rəhimovla UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Raşad Mustafa arasında görüş keçirilmişdir. Görüşdə 2014-cü il ərzində Uşaq Paralimpiya Hərəkatının inkişafı sahəsində həyata keçirilməsi mümkün olan birgə layihələr barədə müzakirələr aparılmışdır. Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq 27 sentyabr 2013-cü il tarixdə ARMPK-nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmış və bu hərəkatın inkişaf etdirilməsinə dəstək məqsədi ilə 08 oktyabr 2013-cü il tarixdə UNİCEF və ARMPK arasında Anlaşma Memorandumu imzalanmışdır.