Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Colin Higgs seminar keçib

09 Yan 2018
UNICEF – in Azərbaycan nümayəndəliyi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi arasında imzalanmış Anlaşma Memorandumu əsasında 11 – 12 mart tarixlərində Azərbaycanda “Əlilliyi olan insanlara qarşı stiqmanın azaldılması” mövzusunda seminar keçirilmişdir. UNICEF – in eksperti Colin Higgs 2 gün ərzində seminarda mövzu ilə əlaqədar bir sıra təqdimatlar etmişdi. Seminarda UNICEF – in nümayəndələri, Azərbaycan Milli Paralimpiya Komitəsinin mütəxəssisləri, Uşaq Paralimpiya Komitəsinin idarə heyətinin üzvləri və müvafiq QHT – in rəhbərləri iştirak etmişlər. Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq 27 sentyabr 2013 – cü il tarixdə ARMPK – nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmış və bu hərəkatın inkişaf etdirilməsinə dəstək məqsədi ilə 08 oktyabr 2013 – cü il tarixdə UNICEF və ARMPK arasında Anlaşma Memorandumu imzalanmışdır.