Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

UPK-nin inkişaf istiqamətləri müzakirə edilmişdir

09 Jan 2018
Martın 6 – da Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti, Uşaq Paralimpiya Komitəsinin İdarə heyyətinin sədri Natiq Qasımovla Kanadanın İdman elmləri üzrə fəxri professoru, UNICEF – in beynəlxalq eksperti Kolin Higgis arasında görüş keçirilmişdir. Görüşdə Uşaq Paralimpiya Komitəsinin yarandığı dövrdən bəri görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilərək, Komitənin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə müvafiq sahələr üzrə işçi qruplarının yaradılması, qruplar üzrə fəaliyyət planların hazırlanması və qrup üzvləri üçün cari ilin iyun ayında iki günlük seminarın keçirilməsi qərara alınmışdır. Qeyd edək ki, K. Higgis Milli Paralimpiya Komitəsinin mütəxəssislərinə köməklik göstərmək üçün UNICEF tərəfindən Azərbaycana dəvət edilmişdir.