Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

UNICEF-in Uşaq Paralimpiya hərəkatına dəstəyi

09 Jan 2018
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) nəzdində yaradılmış Uşaq Paralimpiya Komitəsinin (UPK) inkişaf etdirilməsi məqsədi ilə UNİCEF – in Azərbaycan nümayəndəliyi ilə ARMPK arasında imzalanmış Anlaşma Memoranduma əsasən Kanadanın İdman Elmləri üzrə fəxri professorı, UNİCEF – in beynəlxalq eksperti cənab Kolin Hiqqis Bakıya dəvət edilmişdir. İyunun 11 – də Hilton otelində K. Hiqqisin iştirakı ilə AMPK – nin, UPK – nin, hökümət və qeyri – hökümət təşkilatlarının nümayəndələri üçün seminar keçirilmişdir. Seminarda Uşaq Paralimpiya Komitəsinin inkişafı, bu sahəyə sağlamlıq imkanları məhdud uşaqların cəlb olunması yolları, əhali arasında maarifləndirmə işi və sairə məsələlər müzakirə edilmişdir. Cənab K. Hiqqis 4 gün ərzində UPK – nin huquqi bazasının yaradılması və inkişaf etdirilməsi barədə ARMPK – nin mütəxəssislər ilə müzakirələr aparacaqdır.