Tokio 2020-yə Qalan Vaxt -
Uşaq Paralimpiya Oyunları

III Uşaq Paralimpiya İdman Oyunları

11 dekabr 2017-ci il tarixində Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində “UNİCEF”-in Azərbaycan nümayəndəliyinin və “AZERCELL” Telekom MMC-nin dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilmişdir. Oyunların açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov, “Azercell” Telecom MMC-nin prezidenti cənab Vahid Mürsəliyev, “UNİCEF”-in Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin, Gənclər və İdman nazirliyinin, Olimpiya Komitəsinin, idman federasiyaların nümayəndələri, Qeyri Hökümət təşkilatlarının rəhbərləri və Uşaq paralimpiya hərəkatının yaradılmasında xüsusi əməyi olan Kanadadan ölkəmizə gələn “UNİCEF”-in beynəlxalq eksperti cənab Kolin Higgis iştirak etmişlər. Mərasimdə bir neçə gün əvvəl keçirilmiş flaşmob, əlil arabasında idman rəqsi cütlüyü, Bülbül adına orta məktəbin “Ümid” uşaq rəqs qrupu, “Dancebility” rəqs qrupu və gənc ifaçı Ləman Bağırlının iştirakı ilə əyləncəli musiqili proqram təşkil olunmuşdur. İdmançıların parad keçidindən sonra Naxçıvan MR daxil olmaqla 8 regiondan 111 sağlamlıq imkanları məhdud uşaqlar 7 idman növündə (boça, cüdo, üzgüçülük, qolbol, stolüstü tennis, parataekvando və əlil arabasında idman rəqsi) 22 dəst medal uğrunda mübarizə aparmışlar. Yarışların nəticələrinə görə: Əlil arabasında idman rəqsi növü üzrə: Zəkiyev Rəsul və Diana Batakova cütlyü 1-ci yer Oğlanlar arasında cüdo idman növü üzrə 46 kq cəki dərəcəsində: 1-ci yer – Zəkiyev İlkin 2-ci yer – Adıgözəlov Nurlan 3-cü yer - Nəsibov İlkin 3-cü yer – Qurbanov Ömər 55 kq cəki dərəcəsində: 1-ci yer – Allahverdiyev Elsevər 2-ci yer – Abdullazadə Bilal 3-cü yer – Yaqubov Rəşad 3-cü yer – İsmayılzadə Anar 60 kq cəki dərəcəsində: 1-ci yer – Alverdiyev Samir 2-ci yer – Məmmədov Səfər 3-cü yer – Muradov İsmayıl 3-cü yer – Muradov Naib +66 kq cəki dərəcəsində: 1-ci yer – Alverdiyev Ramil 2-ci yer – Şirinov Əli 3-cü yer – Abdinov Xəyal 3-cü yer – Mirzəyev İsa Qızlar arasında cüdo idman növü üzrə 50 kq cəki dərəcəsində 1-ci yer – Mirzəyeva Həcər 2-ci yer – İbrahimova İlahə 3-cü yer – Tanverdiyeva Fidan Üzgüçülük idman növü üzrə S1/S2 kateqoriyasında: 1-ci yer – Suleymanova Könül 2-ci yer – Həsənov Nicat 3-cü yer – Əmirzadə Həsən S3/S4 kateqoriyasında 1-ci yer – Nəsibov Agil 2-ci yer – Cahangirli Səbuhi 3-cü yer – Allahverdiyeva Səfa S5/S6 kateqoriyasında: 1-ci yer – Əmirzadə Hüseyn 2-ci yer – Əsgərli Xansuvar 3-cü yer – Vəliyev Elmir S8 kateqoriyasında: 1-ci yer – Vəliyev Əli 2-ci yer – Həsənli Tuncay 3-cü yer – Ağazadə Vasif S9 kateqoriyasında: 1-ci yer – Novruzzadə Fərid 2-ci yer – Səfərəlizadə Əli 3-cü yer – Muxtarov Yusif S11 kateqoriyasında: 1-ci yer – Mirzəyev İbrahim 2-ci yer – Əliyev Əkrəm 3-cü yer – Rəcəbli Tural Sərbəst kateqoriyada: 1-ci yer – Quliyev Nihat 2-ci yer – Haqverdiyev İntiqam 3-cü yer – Abdullayev Hüseyn Boça idman növünün BC1/BC2 kateqoriyasında: 1-ci yer – Bayramov Rüfət 2-ci yer – İbrahimov Zahir 3-cü yer – Nəbiyeva Mərtubə Boça idman növünün BC4 kateqoriyasında: 1-ci yer – Səfquliyeva Fidan 2-ci yer – Yunisova Gilə 3-cü yer – Yunisov İlqar Stolüstü tennis idman növü üzrə 12 yaşadək kateqoriyasında: 1-ci yer – Əsədli Urfan 2-ci yer – İmanov Nihal 3-cü yer – Savalanlı Hüseyn Stolüstü tennis idman növü üzrə 12 yaşdan yuxarı kateqoriyasında: 1-ci yer – Qasımova Aytac 2-ci yer – Bağırov Mətin 3-cü yer – Suncayeva Dinara Qolbol idman növü üzrə: 1-ci yer – Novruzov Turan, Rzayev Leysan, Həsənov Vurğun 2-ci yer – Zamanov Qəzənfər, Abdullayev Həsrət, Eynullayev Elton 3-cü yer – Əhmədov Elyar, Mustafayev Qara, Əliyev Murad Parataekvando idman növü üzrə isə 45 kq: 1-ci yer – Şıxəliyev Amin 2-ci yer – İsmayılzadə Əli 3-cü yer – Zeynalov Sabir Parataekvando idman növü üzrə 21 kq: 1-ci yer – Sovetzadə Rəsul 2-ci yer – Şahhüseynli Yusif 3-cü yer – Hüseynov Elcan Parataekvando idman növü üzrə 33 kq: 1-ci yer – Ağayev Məhəmməd 2-ci yer – Nuriyev Ayxan 3-cü yer – Əliyev Amil Parataekvando idman növü üzrə 25 kq: 1-ci yer – Zamanlı Ayan yerə sahib olmuşlar. Qaliblər kubok, medal, diplomla təltif olunmuş və “Azercell” Telecom MMC və Milli Paralimpiya Komitəsi tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılmışlar. Bağlanış mərasimi əyləncəli proqramla yekunlaşmışdır. Qeyd edirik ki, Uşaq Paralimpiya İdman Oyunları 3-cü ildir ölkəmizdə keçirilir və növbəti oyunların digər ölkələrdən gələn uşaq paralimpiyaçıların iştirakı ilə keçirilməsi planlaşdırılır.