Tokio 2020-yə Qalan Vaxt -
Komitə Haqqında

Tarixçə

 Azərbaycan Paralimpiya hərəkatının yaranma tarixi Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. 1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman səlnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komiitəsinin yaranma tarixi kimi daxil olmuşdur. Həmin gün Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilmişdi, Konqresdə İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti, Afiq Süleymanov isə komitənin baş katibi vəzifələrinə seçilmişlər.

         İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak etmişlər. Ümummilli lider Heydər Əliyev Paralimpiya Oyunlarına yola düşən paralimpiyaçılarımızla görüşərək onlara uğurlar arzulamışdır.

         2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində umummilli lider Heydər Əliyevin idmançılarımızın təlim-məşq bazasında paralimpiya oyunlarına yola salma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmançılarımızla görüşməsi, həmin ərəfədə ümummilli liderin paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində yeni , beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında sərəncam imzalanması ölkəmizin idman həyatında böyük müsbət dəyişikliklər və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu. Bunun başlıca səbəbi, hazırda Heydər Əliyev kursunun layiqli davamçısı olan ölkə başçısı cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi oldu. Onun gəlişi ilə Azərbaycan idmanının fəth etdiyi zirvələr göz qabağındadır. Bu mənada paralimpiyaçılarında diqqətdən kənarda qalmaması , əksinə onlara daim diqqət və qayğının artması özünü yarışların nəticələrində əyani göstərir. Təsadüfü deyil ki, cənab İlham Əliyev çıxışlarından birində özünü paralimpiyaçıların ən yaxın dostu adlandırmışdır. Eyni zamanda elə o vaxt Paralimpiya Komitəsinin prezidentinin Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsininə üzv seçilməsi təşkilatı məsələlərdə həmrəyliyin və birliyin nümunəsi oldu.

         2008-ci ilin avqust ayının 28-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq , Paralimpiyaçılar üçün belə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilmişdir. Tədbirdə cənab Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər.

         Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətlərini hiss ediblər. Müntəzəm olaraq, qələbə qazanmış idmançılarımız, məşqçilərimiz Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunmuşlar. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, İdmançılarımız mənzillər , minik avtomobilləri ilə təmin olunurlar.

         Paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması daim öz bəhrəsini verməkdədir. Respublikamızda paralimpiya hərəkatı genişləndirilmiş, onun maddi-texniki bazası gücləndirilmiş və qısa müddət ərzində idman növünün sayı 11-ə çatdırılmışdır.

         2013 - cü ilin birinci 6 ayıda paralimpiyaçilarımız üçün əhəmiyyətli bir dövr olmuşdur. 08 fevral 2013 - cü il tarixdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin IV hesabat seçki Konqresi keçirilmişdir. Konqres hesabat dövründə paralimpiyaçılarımızın uğurlarını yüksək qiymətləndirmiş və yenidən cənab İlqar Rəhimovu növbəti 4 il üçün Milli Paralimpiya Komitəsinin Prezidenti seçmişdir. 

         Konqresdə qəbul edilmiş müvafiq qərarlarla yanası. Azərbaycan Milli Paralimpiya Komitəsinin növbəti 4 il üçün (2013 - 2016 - cı illər) "Stratejı Fəaliyyət Planı" təsdiq edilmişdir. Planda 2016 - cı ildə Rio - de - Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə peşəkar idmanın inkişafı, təşkilatı idarəetmənin təkmilləşdirilməsi, maddi texniki bazanın gücləndirilməsi, təbliğat - təşviqat işlərinin və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi öz əksini tapmışdır.

         27 sentyabr 2013 - cü il tarixində Beynəlxalq təcrübədə ilk dəfə olaraq ARMPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir. ARMPK - nin İcraiyyə Komitəsinin Qərarı ilə Uşaq Paralimpiya Komitəsinin 13 nəfərdən ibarət idarə heyyəti təsdiq edilmiş, ARMPK - nin birinci vitse prezidenti Natiq Qasimov İdarə heyyətinin sədri, ARMPK - nin şöbə müdiri Kamal Məmmədov isə İdarə heyyətinin sədr müavini - İcraçı direktor vəzifəsinə seçilmişlər.
         Beynəlxalq əlaqələr genişləndirimiş, bir sıra beynəlxalq idman təşkilatarı və ölkələrin Milli Paralimpiya Komitələri ilə əməkdaşlıq qurulmuş, Beynəlxalq Paralimpiya Komitəsi ilə əlaqələr gücləndirilmişdir.
         UNICEF - in Azərbaycan nümayəndəliyi və BP - nin Azərbaycan - Gürcüstan - Türkiyə regionu üzrə şirkəti ilə əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
         Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Neftçi" İdman Sağlamlıq Mərkəzi, "Sərhədçi" Olimpiya İdman Kompleksi və digər əlaqədar təşkilatlar ölkəmizdə Paralimpiya hərəkatının genişləndirilməsi və inkişaf etdirilməsinə xüsusi töhvə vermişlər.

         Hazırda Paralimpiya Komitəsi yüzlərlə idmançını özündə birləşdirir. Görülmüş məqsədyönlü işlərinin nəticəsi olaraq, Milli Paralimpiya Komitəsinin idmançıları 1996-cı ildən başlayaraq yeni-yeni nailiyyətlər əldə etmişlər.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin
 Yay Paralimpiya Oyunlarında iştirakı və uğurlu nəticələri

Tarix

Keçirilən yer

Idman növü

Idmançıların sayı

Qızıl

Gümüş

Bürünc

Cəmi

Iştirakçı ölkələrin sayı və milli komandamızın tutduğu yer

1.

1996

Atlanta

2

2

-

-

-

-

104/-

2.

2000

Sidney

3

7

-

1

0

1

127/60

3.

2004

Afina

4

11

2

1

1

4

136/45

4.

2008

Pekin

4

18

2

3

5

10

146/38

5.

2012

London

6

21

4

5

3

12

164/27

6.2015Bakı13111150/2
7.2016Rio de Janeiro62418211200/47

Milli Paralimpiya Komitəsinin qalib idmançıları:

-        Paralimpiya çempionu - 7

         Onlardan ikiqat paralimpiya çempionu - 2 nəfər

-        Dünya çempionu - 7 nəfər

-        Avropa çempionu - 14 nəfər

-        Dünya oyunları çempionu - 7 nəfər