Tokio 2020-yə Qalan Vaxt -
Dövlət Qayğısı

Ümummilli Lider H.Əliyev

- Azərbaycanda idman surətlə inkişaf edir. Fiziki cəhətdən catışmazlığı, qusuru olan insanların idmanla məşğul olması və idman yarışlarında belə yuksək nailiyyətlər əldə etməsi cox təqdirəlayiq, sevindirici bir haldır. Bu, bir tərəfdən sizin nə qədər iradəli olduğunuzu, digər tərəfdən fiziki catışmazlığınıza baxmayaraq, həm oz səhhətinizi daha da mohkəmləndirmək, həm də cəmiyyətdə oz fəaliyyətinizi gostərmək ucun nə qədər əzmkar olduğunuzu gostərir. Bu, yuksək qiymətə layiqdir. Hesab edirəm ki, biz sizin bu fəaliyyətinizi yuksək qiymətləndirməliyik...


Bu, bizim xalqımızın, millətimizin, dovlət mustəqilliyimizin və bu işlə məşğul olan təşkilatların boyuk nailiyyətidir. Təəccublənmək olar ki, insan bir az xəstə, yaxud da bir catışmazlığı olanda, onda bədbinlik əmələ gəlir, ozunu ələ ala bilmir. Amma siz muəyyən fiziki catışmaz - lığınızı oz əzmkarlığınızla, iradənizlə və bacarığınızla aradan qaldırmısınız. Siz və sizin kimi insanlar cəmiyyətimizdə boyuk hormətə layiqdirlər. Siz cəmiyyətin həyatında, deyə bilərəm ki, ictimai həyatda fəal iştirak edən insanlarsınız. Olkəmizin olimpiyacılarının, o cumlədən paralimpiyacılarının kecdiyi bu imtahan onu gostərir ki, Azərbaycan gəncləri, idmancıları boyuk potensiala malikdirlər. Gərək hamımız bir yerdə bu potensialdan səmərəli istifadə edək. Bu, birinci novbədə ona gorə lazımdır ki, sizin numunənizdə Azərbaycan gəncləri idmana daha cox qoşulacaqlar. Bu, bizim siyasətimizin strateji xətlərindən biridir ki, gənclər fiziki, əqli cəhətdən sağlam olsun. Bu sağlamlığı təmin etmək ucun ən əsas vasitələrdən biri idman, bədən tərbiyəsidir. Yenə deyirəm, bu bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Bunu həyata kecirmək ucun sizin indiyədək gorduyunuz işlər və əldə etdiyiniz nailiyyətlər butun gənclərimiz ucun numunədir.


Biz bundan ruhlanırıq, amma siz də ruhlanmalısınız. Ona gorə ruhlanmalısınız ki, Azərbaycanın sizin kimi gənclərinə numunə gostərirsiniz.


(Sidney XI Yay Paralimpiya Oyunlarında iştirak etmiş paralimpiyacılarla goruşdə cıxışından)

15 noyabr 2000-ci il