Tokio 2020-yə Qalan Vaxt -
Dövlət Qayğısı

Prezident İ.Əliyev

- Azərbaycanın inkişafı, maddi imkanlarımızın artması nəticəsində indi biz istənilən layihəni həyata kecirə bilərik. Azərbaycanda idman infrastrukturunun inkişafı ucun cox boyuk səylər gostərilir. Olkəmizin istənilən bolgəsində m uasir komplekslər, boyuk olimpiya kompleksləri, idman meydancaları tikilir. Azərbaycanda idmanın inkişafı ucun lazımi maddi-texniki baza mohkəmlənir, guclənir və biz bunun nəticələrini idmancılarımızın uğurlu cıxışlarında, beynəlxalq yarışlarda əldə etdiyimiz qələbələrdə, xususilə cox gərgin şəkildə kecməsinə baxmayaraq, Olimpiya oyunlarında goruruk.

Əlbəttə ki, idman həyatı asan deyil. İdmanda yuksək nəticə əldə etmək ucun cox boyuk işlər gorulməlidir və idmancılar oz həyatını idmana, məşqlərə həsr edirlər. Sizin ucun bu, bəlkə də, ikiqat ağırdır. Paralimpiyacıların idmana olan sədaqəti və xususilə Azərbaycan para - limpiyacılarının uğurları və beynəlxalq yarışlarda iştirakı boyuk qəhrəmanlıqdır. 

Azərbaycan dovləti sizin bu səylərinizi cox yuksək qiymətləndirir və qiymətləndirməlidir. Məhz buna gorə maksimum dərəcədə calışırıq ki, sizin ucun lazımi şəraiti yaradaq.

Mən cox şadam ki, Azərbaycanda Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir və umumiyyətlə, Paralimpiya oyunlarında iştirak edən idmancıların sayı artır. Bizim Paralimpiya oyunlarında nəticələrimiz də hər dəfə daha da boyuk olur.

Biz elə etməliyik ki, bu oyunlara da diqqət azalmasın və dovlət, idmanın inkişafına cavabdehlik daşıyan qurumlar və şəxslər Azərbaycanda paralimpiya hərəkatının inkişafı ucun oz səylərini davam etdirməlidirlər. Biz bu barədə cox danışa bilərik, amma ən yaxşı sozlərdən daha yaxşı bizim gorduyumuz işlərdir və bu gozəl paralimpiya kompleksinin timsalında biz Azərbaycanda son illər ərzində bu sahədəki işlərin nəticəsini də goruruk.

(Paralimpiya İdman Kompleksinin açılışı mərasimində çıxışından)

28 avqust 2008-ci il