Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

ARMPK-nın İCRAİYYƏ KOMİTƏSİNİN İCLASI

16 Yan 2018

MİLLİ PARALİMPİYA KOMİTƏSİNDƏ İCRAİYYƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR.
İcraiyyə Komitəsi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin növbəti Ümumi Yığıncağının keçirilməsi barədə Qərar qəbul edərək, Yığıncağın gündəliyini təsdiq etmişdir.
Bununla yanaşı Komitənin Qərarı ilə Milli Paralimpiya Komitəsinin nəzdində aşağıdakı tərkibdə Məşqçilər Şurası və İntizam Komissiyası yaradılmışdır:
ARMPK-nin Məşqçilər Şurası 
1. Kamal Məmmədov -ARMPK-nin Baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən, Şuranın sədri
2. Rauf Mürsəlov - ARMPK-nin İdman şöbəsinin müdiri, Şuranın katibi
3. İbrahim İbrahimov -Cüdo idman növü üzrə baş məşqçi, Şuranın üzvü 
4. Alavərdi Culfayev -Üzgücülük idman növü üzrə baş məşqçi, Şuranın üzvü
5. Oleq Panyutin -Atletika idman növü üzrə baş məşqçi, Şuranın üzvü
6. İlqar İbişov -Pauerliftinq idman növü üzrə baş məşqçi, Şuranın üzvü
7. Tərlan Hacızadə -Oturaq voleybol üzrə baş məşqçi, Şuranın üzvü

ARMPK-nin İntizam Komissiyası

1. İlham Zəkiyev -ARMPK-nin vitse prezidenti, Komissiyanın sədri
2. Mehman Kərimov - Milli Olimpiya Komitəsinin idarə rəisi, Komissiyanın üzvü
3. Səlhət Abbasova - Milli Olimpiya Komitəsinin nəzdində Ədalətli Oyunlar Komissiyasının məsul katibi, Komissianın üzvü 
4. Yaşar Hacıyev - Respublika Paralimpiya Kompleksinin müdiri, Komissiyanın üzvü
5. Elxan Rəhimov - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi, Komissiyanın üzvü