Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

ARMPK-nin Ümumi Yığıncağı keçirilmişdir

19 Yan 2018

19 yanvar 2018-ci il tarixdə Milli Olimpiya Komitəsinin binasında  Milli Paralimpiya Komitəsinin Ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2017-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr haqqında, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında məsələlər müzakirə edilmiş və təşkilati məsələlərə baxılmışdır.

Yığıncağı Milli Paralimpiya Komitəsinin prezindenti İlqar Rəhimov açaraq müzakirə olunacaq məsələlər barədə yığıncaq nümayəndələrinə məlumat vermişdir. Sonra Milli Paralimpiya  Komitəsinin Birinci Vitse prezidenti Natiq Qasımov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2017-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr haqqında məruzə etmiş, Beynəlxalq əlaqələr və   Marketinq şöbəsinin müdiri Cavid Mikayılovun Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi barədə məlumatı dinlənilmişdir. Sonra  Təşkilatı məsələlərə baxılmışdır. Yığıncaqda Komitənin Baş katibi  Şaiq Həmidov tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad edilmişdir. Məmmədov Kamal Cabir oğlu səs çoxluğu ilə Milli Paralimpiya Komitəsinin  Baş katibi və eyni zamanda İcraiyyə Komitəsinin üzvü seçilmişdir.