Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

"Neftçi İdman Klubu" ilə əlaqələr genişlənir

02 Fev 2018

"Neftçi İdman Klubu" ilə əlaqələr genişlənir.

Yanvarın 2-də Milli Paralimpiya Komitəsində Birinci vitse prezidenti Natiq Qasımov və Baş katib Kamal Məmmədov  "Neftçi İdman Klubu" İctimai Birliyinin idman və sağlamlıq məsələləri üzrə baş meneceri,  Cüdo üzrə beynəlxalq dərəcəli hakim Elmar Babanlı ilə görüşmüşlər. Görüşdə "Neftçi İdman Klubu"nun Paralimpiya Milli Komandalarına verdiyi dəstək yüksək qiymətləndirilmiş və qərara alınmışdır ki, əlaqələrin daha da genişləndirilməsi üçün, yaxın zamanlarda  Milli Paralimpiya Komitəsi və "Neftçi İdman Klubu" İctimai Birliyi arasənda Tərəfdaşlıq haqqında Memorandum imzalansın.