Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Qış paralimpiya idman növü

27 Fev 2018

Qış paralimpiya idman növünün yaradılmasına başlanıldı.

27 fevral 2018-ci il tarixində Milli Paralimpiya Komitəsində Komitənin birinci vitse prezidenti Natiq Qasımov, vitse prezident İlham Zəkiyev və baş katib Kamal Məmmədovun iştirakı ilə, Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfovla görüş keçirilmişdir. Görüşdə qış paralimpiya idman növlərinin yaradılması istiqamətində geniş müzakirələr aparılmışdır. İlkin olaraq bu idman növünün yaradılması məqsədi ilə mart ayında Şahdağ TurizmMərkəzinin dəstəyi ilə beynəlxalq ekspertin ölkəmizə səfəri barədə qərar gəbul edilmişdir.