Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Bu gün İlham Zəkiyevin doğum günüdür!

03 Mar 2018

    Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse prezidenti, 2 qat paralimpiya çempionu İlham Zəkiyevin doğum günüdür! İlham Zəkiyevi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxşi və iş həyatında müvəffəqiyətlər arzulayırıq!!!
    3 mart 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1995-ci ildən cüdo ilə məşğul olmağa başlayıb. 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfdən atılan snayper gülləsinə tuş gələrək görmə qabiliyyətini tamamilə itirib. O, 2002-ci il noyabr ayının 1-dən paralimpiya komandası sıralarında məşqlərə başlamışdır. 2004-ci ildə Afinada keçirilən XII Yay Paralimpiya Oyunlarının və 2008-ci ildə Pekində keçirilən XIII Yay Paralimpiya Oyunlarının qalibi. 2012-ci il London XIV Yay Paralimpiya Oyunlarının bürünc medalçısı, üç qat dünya çempionu, yeddi qat avropa çempionudur. Bakı şəhərində keçirilən ilk 2015 Avropa Oyunlarının bürünc qalibi və IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır. İki dəfə "Şöhrət" ordeni, Azərbaycan əməkdar idman ustası, "Qızıl çinar" beynəlxalq mükafatı, "Tərəqqi" medalı, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmuşdur.