Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

“TOYOTA CAUCASUS”

07 Mar 2018

07 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov “TOYOTA CAUCASUS” MMC-nin İstehsalat və Marketing Departamentinin baş meneceri İrina Magradze, marketing üzrə mütəxəssisi Konstantin Qoqokhia və “TOYOTA CAUCASUS” MMC-nin Azərbaycan nümayəndəliyin başçısı Rəşad Saracovla görüşmüşdür. Görüşdə cənab İlqar Rəhimov qonaqları salamlayaraq komitənin iş fəaliyəti haqqında geniş məlumat vermiş, gələcək perspektivlər haqqinda danışıqlar aparmışdır. Xanım İrina Magradze çixiş edərək Toyota şirkətinin Beynəlxalg Paralimpiya Komitəsi ilə tərəfdaşliq müqaviləsi imzaladığını və bu müqavilə çərçivəsində gələcəkdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq edəcəyini bildirmişdir.