Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Güllə atıcılığı üzrə UNİBANK kuboku

09 Mar 2018

Məlumat üçün bildiririk ki, 10 mart 2018-ci il tarixində Baki Atıcılıq Mərkəzində Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə UNİBANK kuboku keçiriləcək. Turnirin keçirilməsində məqsəd 19-26 mart 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Al-Əid şəhərində keçiriləcək Dünya Kubokuna hazırlıqdır.
Yarışda milli komandanın qadın və kişilərdən ibarət idmançıları öz qüvvələrini sınayacaqlar. 
Seçmə turları saat 10:00-da başlayır. Final görüşləri 11:30-da, mükafatlandırma mərasimi saat 12:00-də olacaq.