Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Güllə atıcılığı idman növü üzrə milli komanda

19 Mar 2018

19 mart 2018-ci il tarixdə Unibank-ın dəstəyi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandası 7 nəfərlik heyət ilə (6 idmançı - 4 kişi, 2 qadın) Birləşmiş Ərəb Əmirliklərinin 
Əl-Əid şəhərində keçiriləcək Dünya Kubokuna yola düşüblər. İdmançılarımıza uğurlar arzulayırıq!

Qeyd edək ki, qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olan Unibank, komandanın inkişafına da dəstək verəcək. 3 illik rəsmi tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb.