Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Yeni Paralimpiya idman Federasiyası yaradıldı

19 Mar 2018

Mart ayının 19-da Azərbaycan Milli Olimpiya Komitəsinin binasında BOCCİA idman Federasiyasının təqdimat mərasimi keçirilmişdir.

 

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və İdman məsəslələri şöbəsinin,  Gənclər və İdman nazirliyinin, Milli Olimpiya Komitəsinin və Milli Paralimpiya Komitəsinin rəhbər işçiləri və nümayəndələri iştirak etmişlər.

        Tədbiri  Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov açaraq qeyd etdi ki, Dövlət  tərəfindən,  xüsusən də  ölkə  başçısı, Milli Olimpiya  Komitəsinin prezidenti  cənab  İlham  Əliyevin  bədən  tərbiyəsi    idmana  göstərdiyi  diqqət    qayğı  ölkəmizdə paralimpiya  hərəkatının daha  da  genişləndirilməsinə    sürətli  inkişafına da  öz  töhvəsini  vermişdir.

     Aparılmış məqsədyönlü  və planlı  işlər  nəticəsində,  paralimpiya idman növlərinin sayı  13-ə çatdırılmış və Milli Paralimpiya Komitəsi minlərlə fiziki məhdudiyyətli insanın  paralimpiya  hərəkatına qoşulmasına  nail  olmuşdur.

     Azərbaycanın Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da paralimpiyaçı idmançılarımıza daim  dəstək olmuşdur. Hazırda 16 nəfər qalib paralimpiyaçı Heydər Əliyev Fondunun təqaüdünü alır. İkiqat paralimpiya çempionu İham Zəkiyev isə idman sahəsində yeganə şəxsdir ki, Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq Qızıl Çinar mükafatı laureatıdır.      

       Heydər Əliyev Fondunun Vitse Prezidenti xanım Leyla Əliyevanın da Beynəlxalq səviyyədə və ölkəmizdə Azərbaycan paralimpiya hərəkatının təbliğində xüsusi əməyi vardır. Onun təşəbbüsü və dəstəyi ilə Rusiya Federasiyasının Moskva və Soçi şəhərlərində  paralimpiyaçılarımızın iştirakı ilə müxtəlif  tədbirlər keçirilmiş, rəhbəri olduğu “BAKU” jurnalında mütəmadi olaraq Uşaq paralimpiya hərəkatı və qalib idmançılar haqqında məqalələr dərc olunmuşdur.

    Qeyd edək ki,  BOCCİA idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 33 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunaraq,  surətlə inkişaf edir.

    Azərbaycan idmanı üçün yenilik olan BOCCİA idman növündə bütün ağır kateqoriyalı (uşaq serebral iflic, əzələ distrofiyası, beyin travması, dayaqhərəkət aparatının pozulması) əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar öz güclərini sınaya bilərlər. Professional idman olmaqla yanaşı, BOCCİA idman növü, fiziki güclə bərabər zehin əməyi də tələb etdiyinə görə, həm də həmin şəxslərin məntiqinin inkişafına öz müsbət təsirini göstərir. BOCCİA idman növünün üstünlüyü ondan ibarətdir ki, əl hərəkəti və digər uyğun məhdudiyyəti olan uşaq və gənclər də, bu idman növü ilə məşqul olaraq, yarışlarda iştirak edirlər.

    Sonra təşkilati məsələyə baxılmışdır. Vüqar Əsgərov BOCCİA İdman Federasiyasının Vitse prezidenti, İlham Məhərrəmov isə Federasiyanın Baş katibi seçilmişlər.

        Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Paralimpiya Komitəsinin vitse prezidenti İlham Zəkiyev, Federasiyanın Baş katibi İlham Məhərrəmov və 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova çıxış edərək ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda idman sahəsində əldə olunmuş nailiyyətlər və Beynəlxalq səviyyədə Azərbaycanın idman ölkəsi kimi tanınması haqqında geniş nitq  söyləmişlər. Onlar Azərbaycanın Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və Fondun birinci Vitse Prezidenti xanım Leyla Əliyevanın da bu sahədə fəaliyyətlərini  yüksək qiymətləndirmişlər