Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Qış paralimpiya idman növləri

20 Mar 2018

20 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində komitənin baş katibi Kamal Məmmədov Şahdağ Turizm Mərkəzinin dəstəyi ilə Andorradan dəvət olunmuş “Play&Train” şirkətinin beynəlxalq layihələr üzrə meneceri xanım Mariona Masdemont və “Pas Grau İnternational” şirkətinin vitse prezidenti Antoni Krespo Traveset ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycanda qış paralimpiya hərəkatının gələcək prespektivləri və Pekin 2022 qış paralimpiya idman oyunlarında iştirak etmək məqsədi ilə 4 illik strateji fəaliyyət planı müzakirə olunmuşdur.