Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Güllə atıcılığı idman növü üzrə milli komanda

28 Mar 2018

19-28 mart tarixlərində Unibank-ın dəstəyi ilə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandası 7 nəfərlik heyət ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əin şəhərində keçirilmiş Dünya Kubokunda iştirak edib. İdmançilarımız çıxışlarını uğurla başa çatdırıblar, beləliklə Babayeva Aybəniz, Məmmədov Elşad, Taranova Yelena və Zeynalov Kamran 1-12 may 2018-ci il tarixlərində Cənubi Koreyada keçiriləcək Dünya çempionatına lisenziya qazandılar. İdmançilarımızı təbrik edirik və gələcəkdə bol uğurlar arzu edirik!