Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandası Fransada inamli qələbəsi

31 May 2018

Bu gün, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandası Fransanın Berk-sur-Mer şəhərində keçirilən Avropa cempionatından vətənə qayıdıblar. İdmançılarımızı Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və Komitənin əməkdaşları qarşılamışlar. 
Çempionatda komandamızın əldə etdikləri nəticələr:
1. Pərvin Məmmədov (143 kq nəticə ilə) – qızıl medal (Avropa Çempionu)
2. Elşən Hüseynov (230 kq nəticə ilə) – qızıl medal (Avropa Çempionu)
3. Nurlan Babacanov (197 kq nəticə ilə) – bürünc medal 
4. Aytən Bağırova (52 kq nəticə ilə) – bürünc medal