Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

01 Iyu 2018

01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü – 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi sahəsində böyük qayğısı vardır.
27 sentyabr 2013 - cü il tarixində Beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılmışdır. Komitənin yaradılmasında məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir. UPK artiq 100-dən çox sağlamlıq imkanları məhdud uşaqları öz ətrafinda birləşdirir. 2015-ci ildən başlayaraq hər il Respublika üzrə Uşaq Paralimpiya İdman Oyunları keçirilir. UPK yarandığı gündən UNİCEF-in Azərbaycan nümayəndəliyi, "Azercell Telekom MMC" ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafına dəstək verirlər.