Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Uşaq Paralimpiya İdman Festivalı keçirilmişdir

07 Iyu 2018

7 iyun 2018-ci il tarixində BP Azərbaycan  şirkətinin dəstəyi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Uşaq Paralimpiya İdman Festivalı keçirilmişdir. Festivalda cüdo, üzgüçülük, boccia, qolbol, stolüstü tennis, taekvondo, əlil arabasında idman rəqsi və pauerliftinq paralimpiya idman növləri üzrə 110 nəfər sağlamlıq imkanları məhdud  uşaq yarışmışdır. Festivalda  Gürcüstan Respublikasından olan uşaq paralimpiyaçı idmançılar da iştirak etmişlər. Tədbirdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, BP Azərbaycan şirkətinin vitse prezidenti Bəxtiyar Aslanbəyli, “Azercell Telekom” MMC-nin nümayəndəsi Sahilə  İbrahimova və paralimpiya çempionları  iştirak etmişlər. Azərbaycan Milli Paralimpiya Komitəsinin  nəzdində Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013 - cü ildə yaradılmışdır. Komitənin yaradılmasında əsas məqsəd  sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir.  Respublika üzrə    Uşaq Paralimpiya İdman  Oyunları 2015-ci ildən başlayaraq  hər il keçirilir. Festivalın qaliblərinə BP Azərbaycan şirkəti və Mill Paralimpiya komitəsi tərəfindən medal və kuboklar təqdim olunmuş, çempionlara isə  “Azercell Telekom” MMC tərəfindən mükafatlar verilmişdir.