Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

«HANDIFLYEuroChallenge -2018» 3-cü Beynəlxalq İdman Paraşütü Festivalı

25 Iyu 2018

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədovun rəhbərliyi ilə, idmançı və mütəxəsisslərindən ibarət nümayəndə heyəti 25 iyul 2018-ci il tarixində «HANDIFLYEuroChallenge -2018» 3-cü Beynəlxalq İdman Paraşütü Festivalında iştirak üçün Moskva şəhərinə yola düşmüşlər. Festival Rusiya Federasiyasının Ryazan vilayətində fəaliyyət göstərən “Крутицы” aviaklubunun bazasında keçiriləcəkdir.  Festivalda Rusiya, Fransa, Yunanıstan, Xorvatiya, Makedoniya, Latviya, Belorusiya, İsveç, Türkiyə və Azərbaycandan  olan 120 idmançı (onlardan 30 nəfəri əlil arabası istifadəçiləri) iştirak edəcəkdir. Bu festivalda ölkəmizi paralimpiyaçı idmançılarımız, əlil arabası istifadəçiləri Aysel Əliyeva, Qəndaf Əkbərli və Mariya Samuylova təmsil edəcəklər. Milli Paralimpiya komitəsinin mütəxəssisləri Leyli Yusifli, Azər Tapdıqov və Rüfət Hacılı idmançılarımıza dəstək olacaqlar. Onlar 3500 metr məsafədən təyyarədən paraşütlə tullanacaqlar. İdmançılarımıza ugürlar arzulayırıq!

Komandamızın festivalda iştirak etməsi üçün aviabiletlərin alınmasında göstərdiyi dəstəyə görə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinə və kollektivinə təşəkkürümüzü bildiririk!