Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

PARALİMPİYAÇI QIZLARIMIZ RUSİYA SƏMASINDA

31 Iyu 2018
PARALİMPİYAÇI QIZLARIMIZ RUSİYA SƏMASINDA
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədovun rəhbərliyi ilə idmançı və mütəxəssislərindən ibarət nümayəndə heyəti 25- 29 iyul 2018-ci il tarixlərində «HANDIFLYEuroChallenge -2018» 3-cü Beynəlxalq İdman Paraşütü Festivalında iştirak etmişlər. Festival Rusiya Federasiyasının Ryazan vilayətində fəaliyyət göstərən “Кrutitsi” aviaklubunun bazasında keçirilmişdir. Festivalda Rusiya, Fransa, Yunanıstan, Xorvatiya, Makedoniya, Latviya, Belorusiya, İsveç, Türkiyə və Azərbaycandan olan 120 idmançı (onlardan 31 nəfəri əlil arabası istifadəçiləri) iştirak etmişdir. Festivalda ölkəmizi paralimpiyaçı idmançılarımız - əlil arabası istifadəçiləri Aysel Əliyeva, Qəndaf Əkbərli və Mariya Samuylova təmsil etmişlər. Onlar dörd dəfə 4000 metr hündürlükdən təyyarədən paraşütlə tullanmışlar. Qızlarımız dörd dəfə ardıcıl bu hündürlükdən paraşütlə tullanaraq qarşıya qoyulmuş tapşırıqları uyğun hərəkətlərlə yerinə yetirmiş və nəticə olaraq 31 idmançı arasında Mariya Samuylova ikinci dərəcədə altıncı yerə, Aysel Əliyeva dördüncü dərəcədə altıncı yerə və Gəndab Əkbərli yeddinci yerə sahib olmuşlar. İdmançılarımıza tədbirin Təşkilat komitəsi tərəfindən sertifikatlar təqdim olunmuşdur.
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin nümayəndəsi Vüqar İmaməliyev səfər müddətində idmançılarımıza dəstək olaraq, onlarla birlikdə olmuş, səfir Polad Bülbüloğlu dəfələrlə zəng edərək vəziyyətlə maraqlanmış və idmançılarımıza uğurlar arzulamışdır.
Tədbirin sonunda Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, festivalın Təşkilat komitəsinin sədri, Ümumrusiya Əllillər cəmiyyətinin sədr müavini Nurluqayanov Flyur Fatkulqayanoviçə əlillər arasında paraşütlə tullanma idman növünün inkişafına verdiyi dəstəyə görə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun adından Fəxri Fərman təqdim etmişdir.