Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Kamandan oxatma idman növü üzrə milli komandası

05 Avq 2018

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin kamandan oxatma idman növü üzrə milli komandasının idmançıları Musayev Cahan Ibadət oğlu və Nəbiyev Əli Səhhət oğlu bu gün Türkiyə Respublikasının Antaliya şəhərindəki Vedat Erbay Okçuluq Akademiyasında 05-09 avgust 2018-ci il tarixlərində keçirilən kamandan oxatma idman növü üzrə təlim kurslarında iştirak etmək üçün yola düşüblər. Qeyd olunan təlim kursları 11-19 avgust 2018-ci il tarixlərində Çexiyanın Pilsen şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə keçirilir. İdmançılarımıza uğurlar arzu edirik!