Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsində Məşqçilər şurasının iclası keçirilmişdir

11 Sen 2018
Milli Paralimpiya Komitəsində Məşqçilər şurasının iclası keçirilmişdir.
Sentyabrın 11-də Milli Paralimpiya Komitəsində Komitənin prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə Məşqçilər şurasının iclası keçirilmişdir. İclasda 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar hər bir idman növü üzrə baş məşqçilərin hesabatları dinlənildikdən sonra, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir. Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul edilmişdir.