Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Cüdo Federasiyasını vitse prezidenti Sadıq Sadıqov arasında görüş olmuşdur

22 Sen 2018

Sentyabrın 22-də Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə Dünya çempionatı çərçivəsində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Cüdo Federasiyasını vitse prezidenti Sadıq Sadıqov arasında görüş olmuşdur. Görüş zamanı Cüdo Federasiyasının cüdo idman növü üzrə Paralimpiya Milli Komandasına himayəçikiyi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunmuş, bu sahədə birgə fəaliyyətin daha da genişləndirilməsinin məqsədə uyğunluğu ifadə olunmuşdur. Bu məqsədlə Cüdo Federasiyasının baş katibi Elmar Babanlı əlaqələndirici təyin edilmişdir. Bununla yanaşı 2019-cu ilin may ayında Bakıda keçiriləcək "Qran-Pri" yarışına birgə hazırlıq barədə razılığa gəlinmişdir.