Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

QIŞ PARALİMPİYA İDMAN NÖVLƏRİ ÜZRƏ İLK TƏLİM MƏŞQ TOPLANTISI KEÇİRİLƏCƏKDİR

01 Okt 2018

QIŞ PARALİMPİYA İDMAN NÖVLƏRİ ÜZRƏ İLK TƏLİM MƏŞQ TOPLANTISI KEÇİRİLƏCƏKDİR.

01 oktyabr 2018-ci il tarixdə Milli Paralimpiya Komitəsində Qış paralimpiya idman növlərinin yaradılması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Müzakirələrdə Komitənin Birinci vitse prezidenti Natiq Qasımov, Baş katib Kamal Mamedov, Komittənin mütəxəsissləri və Şahdağ Turizm Mərkəzi QSC-nin sədr müavini Rövşən Cahangirov və QSC-nin Əyləncə xidmətlərinin idarə edilməsi departamentinin müdiri Elxan Şinğayev iştirak etmişlər. Görüş zamanı Qış İdman növlərinin və idmançıların seçilməsi, onların tibbi təsnifatdan keçirilməsi, baş məşqçinin və məşqçilərin təyin edilməsi, onlar üçün təlim məşq yerlərinin müəyyən edilməsi, avadanlıqların alınması və digər sahələr barədə məlumatlar dinlənilmiş, müvafiq təkliflər verilmişdir. Qeyd olumuşdur ki, ilkin olaraq üç idman növləri seçilmiş, bu sahə üzrə artıq iki idmançı müəyyən edilmiş və bir idmançının seçilməsi prosesi gedir. Baş məşqçi və məşqçilərin Şahdağ Turizm Mərkəzi QSC-nin təlimatçıları arasından seçilməsi qərara alınmışdır. Bildirilmişdir ki, Beynəlxalq Paralimpiya Komitəsinin Qış İdman növləri üzrə İdarə Heyyətinin dəstəyi ilə məşqçilər üçün hazırlıq kurslarının və idmançıların tibbi təsnifatdan keçirilməsi, eyni zamanda idmançıların ilk təlim məşq toplantısı 01-05 noyabr 2018-ci il tarixlərində BƏƏ-də yerləşən “SKİ Dubai” kompleksində həyata keçiriləcəkdir.

Qeyd edək ki, Qış paralimpiya idmanı Azərbaycan Paralimpiya hərəkatı tarixində ilk dəfə olaraq yaranır və Milli Paralimpiya Komitəsi ilə Şahdağ Turizm Mərkəzi QSC-i arasında Qış paralimpiya idman növlərinin yaradılması sahəsində birgə fəaliyyət baradə carı ilin əvvəlində razılıq əldə olunmuşdur.