Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

İdmançımız Almaniyada keçirilən Beynəlxaq yarışda 4 qızıl medal qazandı

01 Okt 2018

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının idmançısı Roman Salei 27-30 sentyabr 2018-ci il tarixlərində Almaniyanın Hamm şəhərində keçirilən beynəlxalq yarışda sərbəst stildə 100 metr məsafədə 54 saniyə nəticə ilə 1 yer, sərbəst stildə 50 metr məsafədə 24.56 saniyə nəticə ilə 1 yer, arxası üstə krol stildə 100 metr məsafədə 1 dəqiqə 2 saniyə nəticə ilə 1 yer və baterflay stildə 100 metr məsafədə 58.77 saniyə nəticə ilə 1 yerə çıxmışdır. Beləliklə idmançımız 4 qızıl medal qazanmışdır. İdmançımızı təbrik edir və daha böyük idman nailiyətləri arzulayırıq.