Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Boccia idman növü üzrə paralimpiyaçımız beynəlxalq yarışda qızıl medal qazandı

25 Okt 2018

Boccia idman növü üzrə paralimpiyaçımız beynəlxalq yarışda qızıl medal qazandı.
Məlumat verdiyimiz kimi boccia idman növü üzrə Paralimpiya Milli komandamız hazırda İtaliyada keçirilən Açıq Regional turnirdə iştirak edir. İdmançımız Bəhruz Mirzəyev BC4 kateqoriyasında Final yarışında Ukrayna idmançısına 4-1 hesabı ilə qalib gələrək qızıl medal qazandı. Qeyd edək ki, bu, Boccia idman növü üzrə Paralimpiya Milli Komandasının beynəlxalq yarışda qazandığı ilk medaldı. B.Mirzəyevi təbrik edirik!