Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Boccia idman növü üzrə paralimpiyaçılar vətənə qayıtdılar

29 Okt 2018

Boccia idman növü üzrə paralimpiyaçılar vətənə qayıtdılar


Məlumat verdiyimiz kimi, boccia idman növü üzrə Paralimpiya Milli komandamız İtaliyada Açıq Regional turnirdə iştirak ediblər. Fərdi yarışlarda İdmançımız Bəhruz Mirzəyev BC4 kateqoriyasında qızıl medal, komanda yarışlarında isə idmançılarımız bürünc medal qazanıblar! Oktyabrın 29-da boccia idman növü üzrə Paralimpiya Milli Komandasının baş məşqçisi, Boccia Federasiyasının Baş katibi İlham Məhərrəmov öz idmançıları ilə vətənə qayıdıblar. Onları Heydər Əliyev adına hava Limanında Milli Paralimpiya Komitəsinin Baş katibinin müavini Mürsəl İslamov və boccia idmançıları qarşılamışlar.

İdmançılarımızı təbrik edirik!