Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Boccia üzrə paralimpiya millimizin İtaliyada çıxışı yüksək qiymətləndirilib

30 Okt 2018

Milli Paralimpiya Komitəsində boccia idman növü üzrə Paralimpiya Milli Komandasınin idmançıları ilə görüş keçirilmişdir. 30 oktyabr 2018-ci il tarixində Milli Paralimpiya Komitəsində komitənin prezidenti İlqar Rəhimov və Azərbaycan Boccia Federasiyasının Vitse prezidenti Vüqar Əsgərov İtaliyada Açıq Regional turnirdə iştirak etmiş Paralimpiya Milli Komitəsinin üzvləri ilə görüşmüşlər. Paralimpiya Milli Komandasının baş məşqçisi, Boccia Federasiyasının Baş katibi İlham Məhərrəmov və idmançılar yarışda iştirakları və əldə olunmuş nailiyyətlər barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, ilk dəfə olaraq idmançılarımız beynəlxalq yarışda medal qazanmağa nail olmuşlar. Belə ki, fərdi yarışlarda İdmançımız Bəhruz Mirzəyev BC4 kateqoriyasında qızıl medal, komanda yarışlarında isə idmançılarımız bürünc medal qazanmışlar! Sonra qarşıda duran vəzifələr geniş müzakirə olumuşdur. İ.Rəhimov və V.Əsgərov idmançıları təbrik etmiş və onlara uğurlar arzulamışlar.