Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsində qadınlardan ibarət cüdo idman növü üzrə Milli Komandasının üzvləri ilə iclas keçirilmişdir

31 Okt 2018

Milli Paralimpiya Komitəsində qadınlardan ibarət cüdo idman növü üzrə Paralimpiya Milli Komandasının üzvləri ilə iclas keçirilmişdir.

Paralimpiya Komitəsində Komitənin prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə qadınlardan ibarət cüdo idman növü üzrə Milli komandanın baş məşqçisi və idmançıların iştirakı ilə iclas keçirilmişdir. İclasda cari ilin noyabr ayında Portugaliyada keçiriləcək dünya çempionatına və 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilmiş, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir. Sonda, İ.Rəhimov Milli Komandaya verdiyi dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə öz təşəkkürünü bildirmişdir. Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul edilmişdir.
Qeyd edək ki, Cüdo idman növü üzrə Paralimpiya Milli Komandası Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə 13-19 noyabr 2018-ci il tarixində Portugaliyanın Odivellas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
İdmançılarımıza uğurlar arzulayırıq!