Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Əlil arabasında qılıncoynatma idman növü üzrə Paralimpiya Milli Komandasının üzvləri ilə iclas keçirilmişdir

31 Okt 2018

Milli Paralimpiya Komitəsində əlil arabasında qılıncoynatma idman növü üzrə Paralimpiya Milli Komandasının üzvləri ilə iclas keçirilmişdir.
Paralimpiya Komitəsində Komitənin prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə əlil arabasında qılıncoynatma idman növü üzrə Milli komandanın baş məşqçisi və idmançıların iştirakı ilə iclas keçirilmişdir. İclasda əlil arabasında qılıncoynatma idman növü üzrə Milli komandanın baş məşqçisi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov 8-11 noyabr 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək Dünya kubokuna və 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məlumat vermişdir. Sonra şəxsi məşqçilər və idmançıların məlumatları dinlənilmiş, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir. Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul edilmişdir.
Qeyd edək ki, 8-11 noyabr tarixlərində idmançılarımızın Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək Dünya kubokunda iştirakı Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının dəstəyi ilə həyata keçirilir.