Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Qış idman növləri üzrə Paralimpiya Milli Komandamızın idmançıları ilk təlimlərə başladılar

01 Noy 2018

Qış idman növləri üzrə Paralimpiya Milli Komandamızın idmançıları ilk təlimlərə başladılar.

Qış idman növləri üzrə Paralimpiya Milli Komandasının Baş məşqçisi və idmançılar ilk təlim məşq toplantısında iştirak etmək üçün 31 oktyabr 2018-ci il tarixdə BƏƏ-ə yola düşmüşlər. Artıq paralimpiyaçı qızlarımız Aytac Qasımova və Gülnar Rəhimova dağ xizəyi və snoubord idman növləri üzrə BƏƏ-də yerləşən “SKİ Dubai” kompleksində təlimlərə başlamışlar. Onlar beynəlxalq dərəcəli məşqçilərlə təlim keçirlər. Noyabr ayının 8-dən isə kişi idmançılarımız Ceyhun Mahmudov və Daşqın Abbasov qızlarla birlikdə təlimlərə başlayacaqlar. Bununla yanaşı qış idman növləri üzrə Paralimpiya Milli Komandamızın baş məşqçisi Məhəmməd İsmayılov Beynəlxalq Paralimpiya Komitəsinin təşkil etdiyi məşqçilərin hazırlıq kurslarında iştirak edir.

Qeyd edək ki, Qış paralimpiya idmanı Azərbaycan Paralimpiya hərəkatı tarixində ilk dəfə olaraq yaranır və idmançılar Uşaq paralimpiya Komitəsinin və digər paralimpiya idman növlərinin idmançıları arasından seçilmişlər. Paralimpiya Komitəsi ilə Azərbaycan Qış idman növləri Federasiyası və Milli Şahdağ Turizm Mərkəzi QSC-i arasında Qış paralimpiya idman növləri üzrə Paralimpiya Milli Komandasının yaradılması və inkişaf etdirilməsi sahəsində birgə fəaliyyət barədə razılıq əldə olunmuşdur. Bu səfər də həmin təşkilatların birgə səyi nəticəsində reallaşmışdır.

İdmançılarımıza uğurlar arzulayırıq!