Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

22 noyabr 2018-ci il tarixində boccia idman növü üzrə “V SENİ CUP TURNİRİ” keçiriləcək

05 Noy 2018
22 noyabr 2018-ci il tarixində Abşeron rayonunda fəaliyyət göstərən Olimpiya Kompleksində Seni firmasının dəstəyi ilə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərbaycan Boccia İdman Federasiyasının təşkilatçılığı ilə Boccia idman növü üzrə “V SENİ CUP TURNİRİ” keçiriləcək.
BOCCİA idman növü Milli Paralimpiya Komitəsi tərəfindən 5 ildir ki, ölkəmizdə təbliğ olunur. Seni firmasının dəstəyi ilə 06 dekabr 2014-cü il tarixdə birinci, 18 dekabr 2015-ci il tarixdə ikinci, 14 dekabr 2016-cı ildə üçüncü və 24 noyabr 2017-ci ildə dördüncü "SENİ CUP" turnirləri keçirilmişdir.
Bu ilki "SENİ CUP" turnirində respublikanın müxtəlif regionlarından ümumilikdə yetmişədək idmançı mübarizəyə qatılacaq və 5 kateqoriya üzrə yarışlar keçiriləcək.
Qeyd edək ki, Heydər Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə cari ilin mart ayında Azərbaycan Boccia Federasiyası yaradılmış, Vüqar Əsgərov vitse prezident, İlham Məhərrəmov isə baş katib vəzifələrinə seçilmişlər.