Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti cənab Endrü Parsons UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardinlə görüşmüşdür

14 Noy 2018

Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti cənab Endrü Parsons UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardinlə görüşmüşdür

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov, Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti cənab Endrü Parsons və UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin araşında görüş keçirilmişdir. Görüş zamanı beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması və bu sahədə görülmüş işlər yüksək qiymətləndirilmişdir. Uşaq paralimpiya hərəkatının genişləndirilməsi və daha da sürətli inkişafı, bu təcrübənin digər ölkər arasında yayılması istiqamətində geniş müzakirə aparılmışdır. Endrü Parsons UNİCEF-n uşaq paralimpiya hərəkatına verdiyi dəstəyi yüksək qiymətləndirmişdir. Sonda UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin gələcəkdə də bu sahəyə dəstək verəcəklərini bildirmişdir.