Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Cüdoçularımız Portuqaliyanın Odivelas şəhərində keçirilən Dünya Çempionatda çıxışını uğurla başa vurdu

18 Noy 2018

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü uzrə milli komandası Portuqaliyanın Odivelas şəhərində keçirilən Dünya Çempionatda çıxışını uğurla başa vurdu. 
Fərdi yarışlarda millimiz ümumi nəticədə çempionatda bir qızıl, iki gümüş və üç bürünc medal qazanıb. Komanda yarışlarında kişilərdən və qadınlardan ibarət milli komandamızın idmançıları bürünc medallar qazandılar. Beləliklə çempionatın nəticələrini Sizə təqdim edirik:

Kişilərdən ibarət milli komanda

1. 66 kq çəki dərəcəsində Bayram Mustafayev – qızıl medal

2. 81 kq çəki dərəcəsində Hüseyn Rəhimli – gümüş medal

3. +100 kq çəki dərəcəsində İlham Zəkiyev – bürünc medal

4. 73 kq çəki dərəcəsində Ramil Qasımov – bürünc medal

5. 60 kq çəki dərəcəsində Vüqar Şirinli – bürünc medal

Qadınlardan ibarən milli komandamızın idmançısı Şəhanə Hacıyeva (48 kq çəki dərəcəsində) çempionatının gümüş medalını əldə edib.

Çempionatın komanda yarışlarında qadınlardan ibarət milli komandamızın idmançıları Şəhanə Hacıyeva (52 kq çəki dərəcəsində), Səbinə Abdullayeva (63 kq çəki dərəcəsində), Xanım Hüseynova (63 kq çəki dərəcəsində), Zülfiyə Hüseynova (70 kq çəki dərəcəsində) və Sevda Vəliyeva (52 kq çəki dərəcəsində) bürünc medal qazandılar. Kişilərdən ibarət milli komandamızın idmançıları İlham Zəkiyev(+90 çəki dərəcəsində), Ramil Qasımov (73 çəki dərəcəsində), Bayram Mustafayev (73 kq çəki dərəcəsində), Orxan Qarayev (66kq çəki dərəcəsində), Namiq Abaslı (81 kq çəki dərəcəsində), Kənan Abdullaxanlı (+90 kq çəki dərəcəsində), Vüqar Şirinli (66 kq çəki dərəcəsində), Hüseyn Rəhimli (81 kq çəki dərəcəsində) və Rövşən Səfərov (90 kq çəki dərəcəsində) bürünc medallar komandamıza gətirdilər.

Dünya Çempionatın reytinq cədvəlində Azərbaycan paralimpiya milli komandası yarışda iştirak edən 42 komanda arasında üçüncü yeri tutmuşdur.

Artıq bu Çempionatdan başlayaraq idmançılar 2020 Tokio Yay Paralimpiya oyunlarına lisenziya qazanmaq üçün xallar toplanmağa başlayır.

İdmançılarımızı təbrik edir və gələcəkdə yeni idman nailiyyətləri arzulayırıq.

Qeyd edək ki, idmançılarımız Dünya çempionatında Azərbaycan Cüdo Fedrasiyasının dəstəyi ilə iştirak etdilər. Federasiyanın rəhbərliyinə paralimpiyaçılara verdikləri dəstəyə görə öz təşəkkürümüzü bildiririk!