Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

V “SENİ CUP” TURNİRİ KEÇİRİLMİŞDİR

22 Noy 2018
22 noyabr 2018-ci il tarixində Abşeron Olimpiya Idman kompleksində Boccia idman növü üzrə “V Seni Cup” turniri keçirilmişdir. Turnirdə Respublikanın müxtəlif regionlarından 60-dan çox idmançı iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov və Mərkəzi Asia və Qafqaz üzrə “Seni” şirkətinin koordinatoru cənab Mixail Kopaç yarış iştirakşılarını salamlayaraq, onlara uğurlar arzulamışdır. Tədbirdə Gənclər və İdman nazirliyinin şöbə müdiri, Olimpiya Çempionu Fərid Mansurov, İki qat Paralimpiya Çempionu İlham Zəkiyev, “Həyat” fondun prezidenti Haci Nuran və Abşeron rayonu İcra hakimiyyətinin rəhbərliyi iştirak etmişlər. Tədbir bədii hissə ilə davam etdirilmişdir.
Sonda Final yarışları keçirilmiş və qaliblərə Milli Paralimpiya Komitəsinin diplomları, medal və kuboklar təqdim edilmişdir.
Yarışada Ukrayna Respublikasının boccia idman növü üzrə idman ustası Artyom Kolinkoda idmançılara dəstək olaraq, yarışlara qoşulmuşdur. 
Qaliblərin mükafalandırılmasından sonra amputant futbolu idman növü üzrə Abşeron rayonu və Sumqayıt şəhərinin komandaları arasında yoldaşlıq görüşü keçirilmiş və Milli Paralimpiya Komitəsinin prezidenti qalib komandaya kubok təqdim etmişdir.
Qeyd edək ki, Boccia fiziki imkanları məhdud idmançıların məşğul olduğu Paralimpiya idman növüdür. Bu idman növünün təbliğ olunması məqsədi ilə 2013-cü ildən etibarən hər il Boccia idman növü üzrə “Seni Cup” turniri təşkil olunur. BOCCİA idman növü Milli Paralimpiya Komitəsi tərəfindən 5 ildir ki, ölkəmizdə təbliğ olunur və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Hazırda 5 kateqoriya üzrə 17 regiondan 100 dən çox fiziki məhdudiyyətli şəxs BOCCİA idman növü ilə məşğul olur və bu idman növü ilə məşğul olmaq istəyənlərin sayı getdikcə artmaqdadır. Bunu nəzərə alaraq, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə cari ilin mart ayında Azərbaycan Boccia Federasiyası yaradılmışdır, Vüqar Əsgərov Federasiyanın vitse prezidenti, İlham Məhərrəmov baş katibi seçilmişdir.