Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

2019-cu ildə Bakı şəhərində para Cüdo idman növü üzrə beynəlxalq Qran-pri yarışı keçiriləcək.

20 Dek 2018

2019-cu ildə Bakı şəhərində para Cüdo idman növü üzrə beynəlxalq Qran-pri yarışı keçiriləcəkdir. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun əmri ilə 10-15 may 2019-cu il tarixlərində Bakı şəhərində para Cüdo idman növü üzrə beynəlxalq Qran-pri yarışının hazırlanıb keçirilməsi ilə əlaqədar Təşkilat komitəsi yaradılmışdır. 20 dekabr tarixində Təşkilat komitəsinin ilk iclası keçirilmişdir. İclasda yarışın hazırlanıb keçirilməsi ilə əlaqədar tədbirlər planı və yarışın Loqotipi təsdiq edilmişdir. Həmçinin yarışın “RUHUN ZƏFƏRİ” şüarı altında keçirilməsi qərara alınmışdır.