Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Boccia idman növü üzrə idmançılarımızın yeni qələbəsi

26 Dek 2018

Boccia idman növü üzrə Paralimpiya Milli Komandası 18 – 23 dekabr 2018-ci il tarixlərində İsrailin Tel- Əviv şəhərində keçirilən İsrail açıq çempionatında iştirak etmişlər. Bu səfər milli komandanın üzvləri üçün tibbi təsnifat, seminar və təlim kursu ilə səciyələnmişdir. Çempionatda 6 nəfər idmançımız iştirak etmişdir. Yarışlarda idmançılarımızdan BC-1 kateqoriyasında Quliyeva Mətanət I yeri, BC – 2 kateqoriyasında Ağayeva Sona II yeri, Kərimov Orxan III yeri, BC- 4 kateqoriyasında Mirzəyev Bəhruz I yeri, İslamov Xəyal isə II yeri tutmuşlar. Çempionatın sonunda Azərbaycan və İsrailin BC-1, BC-2 komanda və BC-4 cütlükləri güclərini sınamış və milli komandamız qalib gəlmişdir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə cari ilin martında Boccia İdman Federasiyası yaradılıb. Vüqar Əsgərov federasiyaya vitse-prezident, İlham Məhərrəmov baş katib vəzifələrinə seçiliblər.