Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib.

26 Dek 2018

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Azərbaycanın bu il də müxtəlif beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini və idmançıların fərqli ölkələrdə təşkil edilən turnirlərdə fəxri kürsüyə yüksəldiklərini vurğulayıblar.

Daha sonra müxtəlif nominasiyalar üzrə ilin qalibləri təltif olunublar. Mükafatları A.Rəhimov və Ç.Hüseynzadə ilə yanaşı, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, deputatlar, eləcə də idman ictimaiyyətinin tanınmış simaları təqdim ediblər.

Qeyd edək ki, 10 nəfər ilin ən yaxşı idmançısı seçilmişdir. Cüdo idman növü üzrə Paralimpiya Milli Komandasının idmançısı, 2018-cu ildə dünya çempionu olmuş Bayram Mustafayev də ilin ən yaxşı idmançısı seçilmişdir. Bu münasibətlə Bayram Mustafayevi təbrik edir və ona uğurlar arzulayırıq!