Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycanda paralimpiyaçılar arasında qılıncoynatma yarışı keçirilib

04 Fev 2019

30 yanvar- 02 fevral tarixlərində Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının Kuboku uğrunda qadınlar və kişilər arasında Rapira, Sablya və Şpaqa növlərində yarışlar keçirilib. 30 yanvar ¬- 01 fevral tarixlərində keçirilən ilkin mərhələ Yeni Ramana qəsəbəsində yerləşən Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə-Reabilitasiya mərkəzində baş tutub. Final görüşləri isə 02 fevral tarixində AMAY Ticarət Mərkəzində yerləşən Azərbaycan Qılıncoynatma Akademiyasının zalında keçirilib.

Gərgin keçən mübarizədə qadınlar arasında Rapira, Şpaqa və Sablya növündə 3-cü yeri Kəmalə Babayeva, Samirə Əliyeva, Rapira və Sablya növündə 2-ci yeri Qəndaf Əkbərli, 1-ci yeri Aytəkin Həsənova, Şpaqa növündə final görüşündə 15:14 hesabı ilə qalib gələn Qəndaf Əkbırli 1-ci, Aytəkin Həsənova 2-ci yeri tutub. 

Kişilər arasında Rapira və Şpaqa növündə 3-cü yer Aqşin İsazadə və Vadim Aslanov, 2-ci yeri İlqar Kazımov, Sablya növündə 3-cü yer Aqşin İsazadə və İlqar Kazımov, 2-ci yer Vadim Aslanov, hər 3 növdə çempion Abdulbağı Abdullayev olub.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlgar Rəhimov yarışların qaliblərinə diplomları və mükafatları təqdim edib. 

03-08 fevral tarixlərində Əlil Arabasında Qılıncoynatma üzrə Yığma Komandanın üzvü Aytəkin Həsənova və baş məşqçi Asəf Məlikov Ukraynanın Xarkov şəhərinə təlim-məşq toplanışında iştirak edəcəklər. Bu toplanış 10-16 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçiriləcək Dünya Paralimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır.