Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Qış idman növündə daha iki medal

05 Fev 2019

Paralimpiyaçılarımız qış idman növləri üzrə daha 1 gümüş və 1 bürünc medal qazandılar.

İran İslam Respublikasının Tehran şəhərində qış idman növləri üzrə keçirilən Asiya çempionatının son günündə paralimpiyaçımız Aytac Qasımova Snovbord Slalom növündə gümüş, Snovbord Giant Slalom növündə isə bürünc medala sahib olub.

Azərbaycan paralimpiya hərəkatının tarixində idmançılarımız ilk dəfə qatıldığı yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 4 medal qazanmışlar.

Qeyd edirik ki, 2018-ci ilin yanvar ayında “Şahdağ Turizm Mərkəzi” QSC və Dağ Xizək federasiyasının dəstəyi ilə qış idman növləri üzrə komanda yaradılmışdır.

Məlumat üçün bildirək ki, paralimpiyaçılarımız 4 ildir ki, uşaq paralimpiya hərəkatına qoşulublar. Gülnar Rəhimova (16 yaş) bu ilədək para cüdo idman növündə dəfələrlə Uşaq Paralimpiya Oyunlarının mükafatçısı, Aytac Qasımova (14 yaş) isə stolüstü tennis idman növü üzrə dördqat Uşaq Paralimpiya Oyunlarının qalibi olub.