Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycan Milli Paralimpiya Komitəsində yeni təyinat

06 Fev 2019

Azərbaycan Milli Paralimpiya Komitəsində yeni təyinat olub. 

ARMPK-nin prezidentinin əmri ilə Teymur Hacıyev komitənin İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

Teymur Hacıyev 2006-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Dünya" TV, "Trend" İnformasiya Agentliyi və Milli.Az kimi Kütləvi İnformasiya Vasitələrində jurnalist vəzifəsində çalışıb. 

T.Hacıyev həmçinin Azərbaycan Dillər Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsində və bir sıra özəl şirkətlərdə İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində çalışıb.