Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Paralimpiyaçımız gümüş medal qazanıb

07 Fev 2019

Bu günlərdə kamandan oxatma üzrə Respublika çempionatı keçirilib. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin məlumatına görə, olimpiyaçılar arasında keçirilən yarışlara paralimpiyaçı Cumayeva Amaliya da qatılıb. Gərgin mübarizə şəraitində keçən yarışda A.Cumayeva ikinci yerə çıxaraq gümüş medala layiq görülüb.