Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Para taekvando komandası il görüş keçirilib.

28 Fev 2019
Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov para taekvando komandasını qəbul edib. Görüşdə MPK-nın baş katibi Kamal Məmmədov, idman şöbəsinin müdiri Rauf Mürsəlov və komandanın baş məşqçisi Fərid Tağızadə iştirak ediblər.

MPK prezidenti İlqar Rəhimov idmançılarımızın Misirdə keçirilən Afrika Açıq çempionatındakı uğurlu çıxışını yüksək qiymətləndirib. Əsas hədəfin “Tokio 2020” XVI Yay Paralimpiya Oyunları olduğunu qeyd edib. Bu mötəbər yarışda idmançılarımızın medal qazanacağına ümid etdiyini bildirib.

Komandanın baş məşqçisi Fərid Tağızadə hazırlıq prosesi, qarşıda komandanı gözləyən yarışlar və digər məsələlər barədə məlumat verib.

Daha sonra idmançılar da çıxış edərək göstərilən dəstəyə görə MPK prezidentinə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Para taekvando komandası fevral ayının 18-21 tarixlərində Misirdə keçirilən Açıq Afrika çempionatında iştirak edib. Yarışda dünyanın 28 ölkəsindən idmançılar iştirak ediblər. Para taekvando idman növü üzrə komandamız 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar. Komanda yarışlarında isə komandamız 3-cü yerə layiq görülüb.