Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Güllə atıcılığı idman növü üzrə Paralimpiya Milli Komandasının məşqçiləri ilə görüş

05 Mar 2019

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) Güllə atıcılığı idman növü  üzrə paralimpiya yığma komandasının baş məşqçi və şəxsi məşqçilərlə   görüş keçirilib. 

Görüşdə  ARMPK-nın vitse-prezidenti Respublika Paralimpiya Kompleksinin direktoru Yaşar Hacıyev, baş katibi Kamal Məmmədov, İdman şöbəsinin müdiri Rauf Mürsəlov və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Teymur Hacıyev iştirak ediblər.  

Baş Məşqçi Əkbər Muradov, məşqçilər Yusif  Abdullayev və Böyükxanım Astanova milli  komandasının hazırlığı, qarşıda duran məqsədlər və yarışlar barədə məlumat veriblər.

Komitənin vitse-prezidenti Yaşar Hacıyev və Baş katib Kamal Məmmədov  bildiriblər ki, komandanın məşqləri və beynəlxalq yarışlarda iştirak etmələri üçün    ARMPK tərəfindən bütün zəruri tədbirlər görülüb. Görülmüş işlərlə yanaşı milli komandanın fəaliyyətində hələ də bir sıra nöqsanlar mövcuddur.

Görüşdə  komandanın ümumi fəaliyyəati geniş müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir.

Xatırladaq ki, Unibank 2020-ci ilədək Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının dəstəkçisidir.